Maşın bir piyadanın üzərindən keçib, digərini vuraraq kənara atıb - FOTO

Xırdalan-Saray yolunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən onun qarşısına 1960-ci il təvəllüdlü Əzimov Oqtay Əzim oğlu və 1973-cü il təvəllüdlü Həmidullayev Rahil Əlisafa oğlu çıxıb. Bu zaman sürücü əyləci basmağa macal tapmayaraq avtomobil ilə O.Əzimovun üzərindən keçib, R.Həmidullayevi isə vuraraq kənara atıb. Nəticədə O.Əzimov hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan R.Həmidullayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Sürücü saxlanılıb. Piyadalar yaxınlıqdakı zavodda fəhlə işləyirmiş. Onlar hadisə vaxtı işdən çıxaraq evlərinə gedirmişlər.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












