Maşın dərəyə yuvarlandı: 3 nəfər yaralanıb - Siyəzəndə

Siyəzən - Dağ Quşçu (kənd - red.) yolunun 4-cü km-də 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, UAZ markalı avtomobil yolun qarlı olması səbəbindən kənara çıxaraq dərəyə yuvarlanıb.
Nəticədə sürücü ilə yanaşı 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Yaralılardan ikisi - 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Nadir Məmmədsəfa oğlu Tahirov və 1974-cü il təvəllüdlü Siyəzən rayon sakini Qızılgül Əcaib qızı Heybətova yüngül xəsarət aldığından ambulator müalicədən sonra evə buraxılıb. Digər yaralı - 1977-ci il təvəllüdlü Siyəzən sakini Ceyhun Məmməd oğlu Heybətovun vəziyyəti ağırdır. Cərrahiyə şöbəsinə yerləşdirilən Ceyhun Heybətova döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Siyəzən rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Hazırda UAZ-ın dərədən çıxarılması üçün tədbir görülür.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












