Maşın elektrik dirəyinə çırpıldı: sakinlər işıqsız qalıblar – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Hüseynov İdris Elxan oğlu idarə etdiyi "10-MF-363" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil ilə Zəngilan şəhərciyinə gedə yolda hərəkətdə olarkən qarşısına yolun bir hissəsində təmir tikinti işlərinin aparıldığı sahə çıxıb.
Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları maşının sürüşməsinə səbəb olub. Nəticədə BMW yol kənarındakı işıq dirəyinə çırpılıb və naqillərdə yaranan qısa qapanma şəhərciyi müvəqqəti olaraq işıqsız qoyub. Sürücü ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, yolun qaranlıq hissəsində aparılan təmir-tikinti işləri zaman heç bir yol nişanı qoyulmayıb. Sakinlər baş verən hadisədən sonra əraziyə sürət həddini aşağı göstərən yol nişanını həmin əraziyə yerləşdiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Avtomobil deformasiyaya uğradığından cərimə meydançasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












