Maşın hasara çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxıb - FOTO

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan "90-TF-087" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb. Buna baxmayaraq maşın hərəkəti davam etdirib. Avtomobil, ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb.
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR




















