Maşın sərxoş velosipedçini vurub öldürdü - FOTO

Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 42-BP-277 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Z.Xəlilovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Velosipedçinin içkili vəziyyətdə olduğu bildirilir.
***
Velosipedçi xəstəxanada dünyasını dəyişib. Sürücü tərəfindən xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












