Maşın sürüşərək ağaca dəydi: Polis əməkdaşı dünyasını dəyişdi

Hadisə dünən Antalyanın Konyaaltı mahalı Öğretmenevleri Məhəlləsindəki Atatürk Bulvarında baş verib.
Avtosfer.az türk mediyasına istinadən xəbər verir ki, Kəpəz Məişət Zorakılığı və Qadın Zorakılığına Qarşı Mübarizə Bürosunda xidmətdə olan polis əməkdaşı Yasin Turan idarə etdiyi 07 EHC 61 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib.
Sürüşən avtomobil səkidəki fidanları qıraraq, dayanmadan yol kənarındakı yerləşən bağdakı ağaca çırpılıb.
Şahidlərin qəza barədə məlumat verməsindən sonra hadisə yerinə tibbi qruplar göndərilib.
Avtomobildə sıxılmış vəziyyətdə qalan Yasin Turan yanğınsöndürənlər tərəfindən xilas edilib. Ağır yaralanan Yasin Turan həkim qrupunun müdaxiləsindən sonra yaxınlıqdakı özəl xəstəxanaya aparılıb.
Xəstəxanada müalicə alan Yasin Turan saat 01:30 radələrində həyatını itirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.(sonxeber.az)
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












