Maşın toy çadırına “girib” - Göyçayda

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Bığır kənd sakini Nuhzadə Polad Tofiq oğlu özünə məxsus 10-BC-929 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə kənddə toy mərasimi keçirilən həyətə gəlib.
Özü toy mağarına daxil olandan sonra həmyerlisi Xəlilov Seymur Asif oğlu onun avtomobilini işə salaraq toy çadırına tərəf hərəkət etdirib. Hərəkətdə olan maşın çadıra girib. Nəticədə toy mərasimindəki qonaqlardan 5 nəfər avtomobilin altında qalaraq ağır xəsarət alıb.
Onlardan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu, 1991-ci il təvəllüdlü Salmanov Mehman Murad oğlu və 2004-cü il təvəllüdlü Cəfərzadə Emin Ramin oğlu Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Digər iki nəfərinsə müalicə üçün Bakı şəhərinə aparıldığı bildirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












