Maşın velosipedçiləri vurdu: Azərbaycan yığma komandasının keçmiş üzvü ölüb – FOTO

Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.
Allah rəhmət eləsin!
*** saat 06:30
Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib. Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub. Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO






















