Maşın vurması nəticəsində ana öldü - Qızı isə ağır xəsarət alıb

Ötən gün Binəqədi rayonu, Xocasən qəsəbəsində dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-un əldə etdiyi məlumata görə, "Daewoo" markalı avtomobil yolu keçmək istəyən ana və qızını vurub. 1971-ci il təvəllüdlü Şirinova Şəfiqə Əli qızı və onun 16 yaşlı qızı Şirinova Təhminə Əli qızı ağır xəsarət alıblar. 46 yaşlı piyada Şəfiqə Şirinova aldığı xəsarətlərdən hadisə yerində keçinib, 16 yaşlı T.Şirinova isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinələr zamanı Təhminə Şirinovanın ayağının sındığı məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilmiş yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanıb. Sürücünün izahatı alınıb və avtotexniki ekspertiza təyin edilib. Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










