Maşın yol polisini vurdu - Boynu sındı - HADİSƏ ANI
Qəzalar
8 Sentyabr 2023 15:49
Oxunub 1276

Moskvada sürücü avtomobillə yol polisi müfəttişini vurub.
Avtosfer.az bildirir ki, hadisə ötən gecə Volqoqradski prospektində baş verib.
Yol polisi müfəttişi hərəkətli magistral yola çıxıb və onu qara rəngli “Volkswagen Jetta” vurub. Avtomobilin sürücüsü dayanmayıb və naməlum istiqamətdə gedib.
Yol müfəttişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sol ayağının, qabırğasının və boyun fəqərələrinin sınığı, daxili orqanların əzilməsi diaqnozu qoyulub.
Polis “Volkswagen”in sürücüsünü axtarır.
Lent.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













