Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı - FOTO - YENİLƏNİB

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlının nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törətməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən verilən birgə məlumatda bildirilib ki, martın 3-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsindən piyadavurma ilə bağlı çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 33 yaşlı şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 34 yaşlı şəxs (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sağ dizin əziyi diaqnozu təyin edilən pasiyent ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib./oxu.az
***11:30
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, Xətai rayon sakini İlham Qasımov VAZ markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 6 və 7 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.
Bildirilib ki, nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - məlumatda qeyd edilib.

Naxçıvanda 34 il əvvəl baş vermiş qəzanın detalları - FOTO
Təbriz niyə ölümə tərk edilib? - Anası narazıdır - FOTO - VİDEO
Maştağada üç avtomobil toqquşdu, yük maşını aşdı - VİDEO
Diqqətsiz sürücü zəncirvari qəzaya səbəb oldu; hava yastıqları da açılmadı - VİDEO
“Hyundai” iki yerə qatlandı; sürücü öldü – Qızı atasız qaldı - FOTO
İdarəetməni itirən sürücü avtomobili otluğa aşırdı - VİDEO
Yasamalda səfirlik avtomobili motosikleti vurub qaçdı - ANBAAN VİDEO
Aeroport yolunda qəza oldu: "Audi" aşdı, 3 nəfər xəsarət aldı - VİDEO
Sumqayıtda iki “Hyundai” toqquşdu – Sürücülər yolu bağladı - VİDEO
Bakıda yolu qaçaraq keçən məktəbli maşına çırpıldı - ANBAAN VİDEO
Bakıya gətirilərkən yolda öldü - FOTO











