Maşını qəzaya düşdü: 2 sutka maşında qaldı

ABŞ-ın Texas ştatının sakini qəzaya uğradığı maşının içində 2 sutka keçirib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, ötən il 26 iyunda baş verib. 75 yaşlı Vanda Mobli ailəsinin yanına gedəndə qarşıdan gələn maşınla toqquşmamaq üçün qəfil dönüş edib və toqquşub. Nəticədə maşın uçuruma yuvarlanıb. Moblinin dediyinə görə, yoldan gedən maşınların səsini eşidirmiş, amma maşından çıxıb zəng etmək, yardım istəmək üçün gücü olmayıb. Günorta havanın temperaturu 32 dərəcəyə qədər artdığı üçün qadın maşınında qalan az miqdarda sudan qənaətlə istifadə edirmiş. Qadının axtarışı ilə ona aramsız zəng edib, cavab ala bilməyən qohumları məşğul olub.
Bazar günü nəvəsinin həyat yoldaşı şosedə maşınla vurularaq əzilmiş bir yol nişanı görüb şübhələnib. Yol nişanından bir az aralıdakı uçurumda isə nənəsinin maşınını görüb. Hazırda 75 yaşlı qadın xəstəxanada müalicə olunur.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












