Maşının qarşısına it çıxdı; mühəndis qəza törətdi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun xidməti avtomobillə qəza törətməsi ilə bağlı iddialar yayılıb. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilə ziyan dəydiyi, işıq dirəyinin aşdığı bildirilir. Məsələ ilə bağlı ADY-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq belə bir qəzanın baş verdiyi təsdiqləndi və faktla bağlı araşdırma aparıldığı əlavə edildi: “Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qəza törətməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfil it çıxması olub.
Belə ki, Tərlan Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb”.
ADY-dən, həmçinin bildirilib ki, hadisə barədə aidiyyəti üzrə məlumat verilib.


Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR











