Maştağada zəncirvari qəza: “QAZ”, “Mitsubishi” və “Mercedes” toqquşdu - VİDEO
Qəzalar
2 Sentyabr 2025 13:00
Oxunub 1468

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 1-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-FY-112 dövlət nömrə nişanlı “QAZ-3110” markalı, “Mitsubishi Pajero” markalı və “Mercedes” markalı avtomobillər toqquşub. İddialara əsasən, qəzaya səbəb “QAZ” sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə avtomobil “Mitsubishi”yə, o isə öz növbəsində “Mercedes”ə çırpılıb. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














