Maştağa–Zabrat yolunda qəzalar niyə tez-tez baş verir? – Rəsmi AÇIQLAMA - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, eyni yolda yanvarın 3-də minik avtomobillərinin birinin idarəetməni itirib yol kənarına aşması və üç gün sonra baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb.
"NİİM-in apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən cari il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır.
Qeyd olunanları nəzərə alaraq, sürücüləri daha məsuliyyətli olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq", - məlumatda qeyd edilib.
Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO











