“Mazda” ilə toqquşan “İnfiniti” səkiyə çıxaraq hasara çırpıldı - VİDEO
Qəzalar
10 Avqust 2023 20:52
Oxunub 1304

Novxanı qəsəbəsində nəqliyyat vasitələrinin iştirakıyla qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən bəlli olduğu kimi, 90-ZK-478 dövlət nömrə nişanlı, “Mazda” markalı avtomobil, 99-KZ-870 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə toqquşub. Qəzaya səbəb yüksək sürət həddi göstərilib. Belə ki, “Mazda”ya çırpılan “İnfiniti” yol kənarındakı səkiyə çıxaraq hasara dəyib. Nəqliyyat vasitələri sıradan çıxsa da sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, hadisəylə bağlı qəza bölgəsinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













