Mehdiabadda zəncirvari qəza: Piyadaya yol verən avtomobil vuruldu - VİDEO
Qəzalar
16 Oktyabr 2025 18:00

Abşeron rayonu, Mehdiabad qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün öncə günorta saatlarında 28 May küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın, eyni markalı avtomobilə o isə öz növbəsində “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb ara məsafəsinin düzgün təyin edilməməsi olub. Nəticədə qayda pozan avtomobillər yolu keçən piyadaya yol verən maşınla toqquşublar. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Nərmin
Oxunub : 1880
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 23:47
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
13 Noyabr 2026 23:15
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
13 Noyabr 2026 21:11
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
13 Noyabr 2026 20:12
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
13 Noyabr 2026 17:30
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
13 Noyabr 2026 17:18
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
13 Noyabr 2026 13:23
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
13 Noyabr 2026 10:41
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
13 Noyabr 2026 10:30
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
12 Noyabr 2026 17:30
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
12 Noyabr 2026 16:00
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
ŞƏRH YAZ












