Banner

Məhəmmədidə iki yük maşını bir-birinə çırpıldı, sürücülər xəsarət aldı - VİDEO

Qəzalar 13 Mart 2025 12:30 Oxunub 892
Məhəmmədidə iki yük maşını bir-birinə çırpıldı,  sürücülər xəsarət aldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Məhəmmədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza martın 13-də saat 07:00 radələrində qeydə alınıb. Belə ki, Niyazi Mustafayevin idarə etdiyi 90-JR-194 dövlət nömrə nişanlı “KamAZ” markalı və 77-CN-368 dövlət nömrə nişanlı “Hyundai” markalı yük avtomobilləri toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “KamAZ” sürücüsünün qayda pozması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülər xəsarət alıb.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh