Meksikada yol qəzasında 15 nəfər öldü
Qəzalar
14 Sentyabr 2025 20:43

Meksikada yol qəzasında 15 nəfər ölüb.
Avtosfer.az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənub-şərqində Merida və Kampeçe şəhərlərini birləşdirən şossedə qeydə alınıb.
Yük maşını minik avtomobili və inşaat işçilərini daşıyan başqa bir yük maşını ilə toqquşaraq aşıb.
Qəza nəticəsində 15 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bu, Meksikada son həftə ərzində çoxsaylı insan tələfatı ilə nəticələnən üçüncü ağır yol-nəqliyyat hadisəsidir.
Sentyabrın 8-də ölkənin mərkəzində yük qatarı iki mərtəbəli avtobusla toqquşub, nəticədə 10 nəfər ölüb, 41 nəfər yaralanıb. İki gün sonra isə Mexikoda 50 min litr benzin daşıyan yük maşını aşaraq partlayıb. Nəticədə 13 nəfər ölüb, onlarla insan ağır yanıq xəsarətləri alıb.
Oxunub : 1034
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 16:26
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
7 Oktyabr 2026 15:30
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
7 Oktyabr 2026 12:30
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
7 Oktyabr 2026 09:41
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
6 Oktyabr 2026 17:46
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
6 Oktyabr 2026 17:30
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
6 Oktyabr 2026 13:30
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
6 Oktyabr 2026 11:23
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
6 Oktyabr 2026 09:36
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
5 Oktyabr 2026 21:17
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
5 Oktyabr 2026 17:30
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
5 Oktyabr 2026 16:41
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
ŞƏRH YAZ











