Mənzil kommunal təsərrüfatının işçisi iş başında maşınla vurulub

Zaqatalada avtomobillə vurulan mənzil kommunal təsərrüfatının işçi ağır xəsarət alıb. Avtosfer.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün saat 06.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 129-cu kilometrliyində Aşağı Tala kənd sakini, 1984-cü il təvəllüdlü Qüdrət Müsənnif oğlu Şabanov ərazidə yol kənarını təmizləyərkən rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Rasim Saleh oğlu Ağayevin idarə etdiyi “VAZ 21124” markalı 10 SG 912 dövlət nömrə nişanlı avtomobilə vurulub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Qüdrət Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya bildirilib ki, Qüdrət Şabanova qapalı kəllə-beyin travması, baş sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağırdır. Lazımi ilkin tibbi yardım göstərilən zərərçəkənin vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










