"Mercedes" "Azsamand"a çırpıldı – VİDEO

Qəzalar 2 Avqust 2017 09:24
"Mercedes" "Azsamand"a çırpıldı – VİDEO
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Bakı-Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sürücü Adnan Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun ortasında hərəkətsiz vəziyyətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Sərxan Hüseynova məxsus "Azsamand" markalı avtomobilə çırpılıb. A.Orucovun sözlərinə görə, "Azsamand" markalı avtomobil yüksək sürətli magistral avtomobil yolunun tən ortasında dayanıbmış. Buna görə qəza qaçılmaz olub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 1160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh