Banner

“Mercedes” bordürləri dağıdaraq ticarət mərkəzinin qarşısında dayandı - VİDEO

Qəzalar 28 İyul 2023 14:48 Oxunub 6958
“Mercedes” bordürləri dağıdaraq ticarət mərkəzinin qarşısında dayandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lökbatan qəsəbəsinin Xocasən yolunda ağır qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə dünən səhər saatlarında qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi, 99-FU-505 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil maneələrə dəyərək səkiyə çıxıb. Qəzanın baş verməsinə səbəb yüksək sürət həddi olub. Belə ki, yüksək sürətlə idarəetməni itirən sürücü yoldan çıxaraq avtomobili bordürlərə çırpıb. Ən sonda “Abşeron” ticarət mərkəzinin önündə dayanan maşın tamamilə yararsız vəziyyətə düşüb. Həmçinin qəza zamanı 99-TH-245 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilə də zərər dəyib. Qəza səbəbkarı isə müəyyən dərəcəli xəsarətlər alıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh