“Mercedes” elektrik dirəyinə çırpılıb - Göyçayda

Göyçay rayonu ərazisində avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 205-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1956-cı il təvəllüdlü Həmidov Fərman Abdulhüseyn oğlunun idarə etdiyi 10-SF-636 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə və ağaca çırpılıb.
Sürücü Fərman Həmidov və sərnişini, 1961-ci il təvəllüdlü Mirvari Həmidova xəsarət alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı elektrik dirəyi aşıb, avtomobil yararsız hala düşüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












