"Mercedes" körpüdən aşdı: ölən və yaralananlar var - Yenilənib

Bakıda "Mercedes"in körpüdən aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması nəticəsində dünyasını dəyişmiş şəxslərdən biri avtomobilin sürücüsü Səlimov Səlim Zakir oğludur. Hadisə zamanı iki qardaş - 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu, habelə 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlu xəsarət alıblar. Yaralılardan biri - Cəlilov Gülağa İlham oğlu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişənlərdən biri qadındır. O, avtomobilə sərnişin qismində əyləşibmiş.
***23:15
Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb. Belə ki, "Mercedes" körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəza zamanı ölənlərin və xəsarət alanların kimliyi araşdırılır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












