"Mercedes Sprinter" "Ford Transit"lə toqquşdu - 11 yaralı, 1 ölü

Rusiyanın Kirov vilayətində bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, "Mercedes Sprinter" avtomobilinin "Ford Transit" mikroavtobusu ilə toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Hadisənin Kirov-Sovetsk avtomobil yolunun 16-cı kilometrliyində baş verdiyi bildirilir. Qeyd olunur ki, qəzaya səbəb "Mercedes Sprinter" avtomobilinin qarşıdan gələn "Ford Transit" mikroavtobusunun yoluna çıxması olub. Nəticədə mikroavtobusun 1 sərnişini ölüb, hər iki nəqliyyat vasitəsinin sürücüsü, habelə 10 sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












