Mercedes sürücüsü xilas olundu, keçindi - YENİLƏNİB

10:16
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, qəza magistral yolun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub. Nəticədə minik maşını deformasiyaya uğrayıb və sürücüsü, Masallı rayonunun Türkoba kənd sakini, 1989-cu il təvəllüdlü İraz Məlik oğlu Ağayev sıxılmış vəziyyətdə avtomobildə qalıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının həkimlərinə təhvil veriblər.
27 yaşlı sürücü xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
----------
08:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində "Mercedes" markalı minik avtomobilinin "Shacman" markalı yük avtomobili ilə toqquşması barədə məlumat daxil olub. Avtosfer.az FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:00-da başa çatıb.
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO










