“Mercedes” yük maşını ilə toqquşdu - 1 ölü, 2 yaralı

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub. Qəzadan sonra “Mercedes” markalı avtomobilin sürücüsü Ş.Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş.Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












