Banner

"Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI - VİDEO

Qəzalar 23 Oktyabr 2021 09:55 Oxunub 1058
"Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə əks istiqamətdə hərəkətdə olan motosiklet sürücüsü Nizami küçəsi ilə Yusif Səfərov küçələrinin kəsişməsində işıqforun yaşıl işığından keçən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Zərbənin gücündən motosiklet aşıb, sürücüsünün isə hər iki ayaq sümüyü sınıb. Yaralı xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü Ruslan Məmmədovun APA-ya verdiyi məlumatına görə, motosikletdə heç bir işıqlandırma sistemi olmayıb  və onun sürücüsü Yusif Səfərov küçəsində əksinə hərəkət edib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

"Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI  - VİDEO "Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI  - VİDEO "Mercedes"ə çırpılan motosiklet sürücüsünün HƏR İKİ AYAĞI SINDI  - VİDEO

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh