“Mercedes”lə “06” toqquşdu - Ölən var - FOTOLAR

Avqustun 22-si günorta saatlarında Tərtər-Hindarx avtomobil yolunun 18-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil yolunun Tərtər rayonunun “Dördyol-1” qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Şuşa rayon sakini 1970-ci il təvəllüdlü Həsənov İsmayıl Həsən oğlunun idarə etdiyi 50 CN 703 nömrəli “Mercedes” markalı avtomaşınla Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Qəhrəmanov Şakir Abdulla oğlunun idarə etdiyi 02 BR 118 nömrəli “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə Şakir Qəhrəmanov hadisə yerində ölüb, iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.


Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












