Məşhur fenomen motosiklet qəzasında öldü - FOTO - VİDEO

Kolumbiyada motosiklet videoları ilə tanınan 25 yaşlı sosial media fenomeni Karen Sofiya Kiroz Rameres dəhşətli yol qəzasında həyatını itirib.
Avtosfer.az xəbər verir ki, hadisə Floridablanca şəhərində baş verib.
İlkin məlumata görə, K. Rameres motosikletin idarəetməsini itirərək tıra çırpılıb. Zərbədən sonra isə başqa bir yük maşınının altında qalıb.
Kolumbiya Nəqliyyat İdarəsinin nümayəndəsi Cahir Andres qəzaya “iki nəqliyyat vasitəsi arasında zolaq dəyişmə manevrinin” səbəb ola biləcəyini bildirib.
Hadisə sosial şəbəkələrdə böyük rezonans yaradıb. Çünki K. Rameres qəzadan bir neçə saat əvvəl hesabında “Ümid edirəm qəzaya düşmərəm, çünki kask taxmıram” sözlərini paylaşmışdı. Bu son paylaşım ölümündən sonra geniş müzakirəyə səbəb olub./Medianews.az

Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










