Məşhur jurnalisti avtomobilində partlatdılar - FOTO

Məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nin “ukrainskaya pravda” saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb. Polis əməkdaşları hadisə yerində təhqiqat aparır. Qeyd edək ki, 1971-ci il təvəllüdlü P.Şeremet son 5 ildə Ukraynada yaşayıb. Daha əvvəl isə Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı olub. 2008-ci ildə televiziyanı tərk edib və məşhur “Oqonyok” jurnalında redaktor vəzifəsində çalışıb.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












