Məşhur repçi qəzada həlak oldu

Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə onun həyat yoldaşı Valentina Beryozkina "Instagram" hesabında məlumat verib.
Onun sözlərinə görə, Brovkov dəhşətli qəzaya düşüb. Həkimlər onun həyatı uğrunda mübarizə aparıblar, lakin xilas edə bilməyiblər.
"Sizdən xahiş edirəm ki, onun sözün hər mənasında dünya üçün etdiyi hər şeyi xatırlayasınız və hörmətlə yanaşasınız. Mən onu çox sevirəm və onun kimi başqa belə mehriban və dürüst insan tanımıram", - deyə müğənninin həyat yoldaşı bildirib.
Artyom Brovkov (daha çox Fuze və Krec kimi tanınır) Sankt-Peterburqun məşhur "Krec" rep qrupunun təsisçisi və daimi iştirakçısı olub (2001-ci ildən, ilkin olaraq "Kitchen Records"). O, bir çox mətnlərin müəllifidir və digər iştirakçıların (Assai və Smoki Mo) gedişindən sonra layihəni müstəqil şəkildə davam etdirib.
Fuze 2000-ci illərin rus repinin klassiklərindən biri, "Nejnost" ("Piter FM" filminin saundtreki), "Yele dışa", "Po reke", "Oskolki" mahnılarının müəllifi və ifaçısı kimi tanınır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












