Metroda qatarda tüstüləmə baş verdi – 8 yaralı

ABŞ-ın Boston şəhərində metronun sərnişinləri tüstülənən qatardan çıxmaq üçün vaqonların pəncərələrini sındırmalı olublar. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, insident oktyabrın 26-da axşam saatlarında şəhər metrosunun “narıncı xəttində” (Orange line) baş verib. Sərnişinlər “Back Bay” stansiyasından yola düşən lokomotivdə güclü tüstülənmə müşahidə ediblər. Maşinist qatarı dayandırsa da, qapılar açılmayıb. Nəticədə sərnişinlər pəncərələri qıraraq xilas olmağa çalışıblar.
Tüstüdən zəhərlənən 5 sərnişinə yerində tibbi yardım göstərilib, 3 nəfər xəstəxanaya aparılıb.
Hadisədən sonra xətdə qatarların hərəkəti dayandırılıb. Massaçusets ştatının nəqliyyat idarəsindən verilən məlumata görə, tüstülənmə mühərrikin həddən artıq qızması səbəbindən baş verib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












