Metronun "8 Noyabr" stansiyası yaxınlığında zəncirvari qəza - VİDEO - YENİLƏNİB

Bakıda metronun "8 Noyabr" stansiyasının yaxınlığında baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, dekabrın 2-də, saat 23:00-da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə beş nəfər şəxs (üçü kişi və ikisi qadın) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara müştərək travma, başın səthi travması, saidin dəqiqləşdirilməmiş əzilməsi, qarın divarının və döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
***10:23
"Bakıda metronun "8 Noyabr" stansiyasının yaxınlığında baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib.
O qeyd edib ki, hadisə dekabrın 2-də, saat 23:18-də paytaxtın Nəsimi rayonu, C.Səlimov küçəsində qeydə alınıb.
"Emil Elxan oğlu Əliyevin idarə etdiyi "Chevrolet" markalı 99-QU-724 dövlət nömrə nişanlı avtomobillə Etibar Həmid oğlu Yunisovun idarə etdiyi "Toyota" markalı, 77-UL-962 dövlət nömrə nişanlı, Ağa Rüştü oğlu Ağayevin idarə etdiyi BMW markalı, 99-AA212 dövlət nömrə nişanlı, Çingiz Almasxan oğlu Məmmədovun idarə etdiyi "Opel" markalı 90-GS-172 dövlət nömrə nişanlı və Murad Mahir oğlu Atluxanovun idarə etdiyi "Toyota" markalı 40-BV-462 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Hadisə nəticəsində Emil Əliyev və Etibar Yunisov, eləcə də onların hər birinin avtomobilində sərnişin qismində olan bir nəfər xanım (ümumilikdə iki nəfər) və "Opel" markalı avtomobildə olan bir nəfər kişi sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
***
Bakıda metronun "8 Noyabr" stansiyasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, bir neçə avtomobilin toqquşduğu və onlara ciddi ziyan dəydiyi bildirilir.
Xəsarət alan və ya ölənlərin olması ilə bağlı məlumat yoxdur.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO








