Metronun qarşısında 2 mikroavtobus toqquşdu - Bakıda

Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının qarşısında Bakı-Sumqayıt xətti üzrə hərəkət edən mikroavtobuslar toqquşub. Avtosfer.az "Report"a istindaən xəbər verir ki, qəza yolun buz bağlaması səbəbindən mikroavtobusun birinin sürüşərək digərinə çırpılması nəticəsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Bakı-Saray-Sumqayıt maşrutu ilə hərəkət edən 503 (keçmiş 14) nömrəli mikroavtobus sərnişinləri düşürtmək üçün stansiyanın qarşısındakı dayanacaqda dayanıb. Həmin vaxt Bakı-Sumqayıt xətti ilə hərəkət edən 504 nömrəli mikroavtobusun sürücüsü də sərnişin düşürtmək üçün idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq istəyib. Lakin bu zaman mikroavtobus sürüşərək digər mikroavtobusa çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki mikroavtobusa ziyan dəyib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












