Metrostansiyanın önündə gənc oğlanı maşın vurub
Qəzalar
26 Sentyabr 2017 10:07
Oxunub 700
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir
Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Hüseyn Cavid prospekti ilə hərəkət edən 2001-ci il təvəllüdlü Məhyəddinov Cahandar Əziz oğlunu minik avtomobili vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR