Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO - VİDEO (YENİLƏNİB)

Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobil qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeot" markalı avtomobil tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
"Gəlirdik, yolda gördük ki, maşın alışıb. Əlimizdən gələn köməyi etdik. İlk olaraq uşaqlar təcili tibbi yardımı çağırdı. Biz də üç nəfəri çıxartdıq, axırıncı yaşlı qadını çıxarandan sonra maşın partladı", - hadisə şahidi deyib.
Bildirilib ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.
Ətraflı Baku TV-nin süjetində:
**
Ötən gecə Ucar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.
Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.


***
Bakı-Qazax magistral yolunda dəhşətli qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında Ucarın Alpoud kəndində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsinə minik avtomobili anidən alışıb. Hadisə nəticəsində maşında olan 3 nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun kənar ərazilərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.




Saman daşıyan yük maşını sərt döngədə avtomobillərin üzərinə aşdı - VİDEO
İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR - YENİLƏNİB
Bakı-Qazax yolunda ağır qəza - Yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Sumqayıtda qaldırıcı kran aşdı - FOTO
Gəncədə maşının arxa təkəri dəmirə dəydi; ağır qəza baş verdi - Ölən var
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - FOTO
Yüksək sürət ağır qəzaya səbəb oldu – Sərnişin maşından havaya uçdu – ANBAAN VİDEO
Yasamalda qəza törədən moto-kuryer hadisə yerindən qaçdı - REAL VİDEO
Laçın-Şuşa yolunda HƏRBÇİLƏR QƏZAYA DÜŞDÜLƏR: ÖLƏN var - YENİLƏNİB
Faciəli şəkildə ölən gizirin FOTOsu
"Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO









