Mikroavtobus aşdı: 7 yaralı – FOTO+VİDEO

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə noyabrın 24-də saat 11.55 radələrində Ələt-Astara magistralının 157-ci kilometrliyində yolun rayonun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallının Çaxırlı kənd sakini, 1961-ci il təvəllüdlü Məharət Xamməd oğlu Xancanovun idarə etdiyi “Mersedes” markalı 10 ME 461 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə sürücü də daxil olmaqla daha 6 sərnişin – Masallının Çaxırlı kənd sakinləri 1985-ci il təvəllüdlü Babək Allahverdi oğlu Məmmədov, 1972-ci il təvəllüdlü İlhamə Allahyar qızı Rəhimova, 1968-ci il təvəllüdlü Sirac Əvəz oğlu Alışov, 1959-cu il təvəllüdlü Aidə Vəli qızı Qurbanova, 1999-cu il təvəllüdlü Cavad Sirac oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Zərərçəkmişlərə müvafiq tibbi yardım göstərilib. Onlardan 5 nəfəri ambulator müalicəyə buraxılıb. Mikroavtobusun sürücüsü və sərnişin Musa Talıbov isə stasionar müalicəyə cəlb olunub. İlkin versiya kimi hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertiziyanın çıxaracağı yekun rəydən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat çöbəsində araşdırma aparılır.





Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












