Mikroavtobus aşdı: ana və iki oğlu ölüb, nəvə yaralanıb - FOTO

Hacıqabulda baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar: Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.
***** 03.31
Hacıqabulda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. Qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən “99 HF 830” dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Məlumata görə, ölən şəxslərdən biri qadın, ikisi kişidir. Onların cavan yaşda olduğu bildirilir. Xəsarət alan şəxsin isə uşaq olduğu məlum olub. Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin Ucar rayonu, Müsüslü kənd sakinləri olduğu bildirilir. Onların qohum olduğu ehtimal olunur. Ölənlərin şəxsiyyəti və hadisənin təfərrüatları müəyyənləşdirilir.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
















