Mikroavtobus divara çırpıldı - 14 nəfər xəsarət aldı

Türkiyənin Zonguldak şəhərində sərnişin mikroavtobusu əyləclərinin sıradan çıxması nəticəsində nəzarətdən çıxaraq yaşayış evinin divarına çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində sürücü də daxil olmaqla 14 nəfər xəsarət alıb.
İlkin məlumata görə, təpədən enərkən əyləc sistemində nasazlıq yaranan, 61 yaşlı U.E.-nin idarə etdiyi 67 M 0059 dövlət nömrə nişanlı mikroavtobus yol kənarındakı evin divarına çırpılıb.
Qəza zamanı sürücü və 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar Zonguldak Atatürk Dövlət Xəstəxanası və Bülent Ecevit Xəstəxanasına yerləşdirilərək müalicəyə başlanılıb.
Həkimlər yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə ilə bağlı polis araşdırma aparır.
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
Xaçmazda AĞIR QƏZA: Ölən və yaralılar var
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO












