Mikroavtobus evakuatorla toqquşub - SİYAHI

İsmayıllı rayonunda baş verən avtomobil qəzasında ölənlərin adları məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətində hərəkətdə olan, Qəbələ sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi 36-BH-329 dövlət nömrə nişanlı, “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn, Bakı sakini, 1968-ci il təvəllüdlü Fikrət Osmanovun idarə etdiyi 12-HD-146 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı evakuator avtomobili ilə toqquşub. Hadisə zamanı mikroavtobusun sərnişinləri - Qəbələ sakini, 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı və Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Talıbova Xəyalə Sabir qızı hadisə yerində ölüb, Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı və evakuatorın sərnişini, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.





Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












