Mikroavtobus iki maşınla toqquşdu: 3 yaralı – Zaqatalada

Zaqatalada baş verən zəncirvarı yol qəzasında üç nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
“Ford” markalı, 99 DZ 842 dövlət nömrə nişanlı mikroavtobus Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını yerinə yetirən zaman yolun hərəkət zolağında dayanmış, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyevə məxsus “VAZ 2106” markalı 62 BK 826 dövlət nömrə nişanlı avtomobilə, sonra isə əks istiqamətdə hərəkətdə olan “Opel-Vektra” markalı, 99 BA 291 dövlət nömrə nişanlı minik maşınına dəyib.
Hər üç avtomobilin sürücüləri - Asim Sofiyev, rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov və rayonun Dağlı kənd sakini, 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev müxtəlif xəsarətlər alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Zaqatala MRX-dan verilən məlumata görə, onların xəsarətləri yüngüldür.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ














