Mikroavtobus minik maşını ilə toqquşub, üç nəfər xəsarət alıb - YENİLƏNİB
Salyan rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün Salyan rayonunun Qardaşbəyli kəndi ərazisində qeydə alınıb.
Mikroavtobusun “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində
avtobusun sürücüsü Salyan rayonunun Yenikənd kənd sakini, 1958-ci il təvəllüdlü İsmayılov Əvəzağa Habil oğlu, Neftçala rayonunun Qoltuq kənd sakini, 1974-cü il təvəllüdlü Qardaşov Yadulla Əhədağa oğlu və həmin rayonun Həsənabad kənd sakini, 1977-ci il təvəllüdlü Abdullayev Araz Xalid oğlu ağır xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sürücüsü Əvəzağa İsmayılov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.
Xəsarət alanlardan ikisinə açıq bazu və baldır sınığı, birinə isə çanağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












