Mikroavtobus yük maşınına çırpıldı: xəsarət alanlar var - Bakı-Qazax yolunda

Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 220-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü İbrahimli Röyal Bəylər oğlunun idarə etdiyi "Ford" markalı pomidorla yüklənmiş sərnişin mikroavtobusu qarşıda hərəkətdə olan, Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Bəxtiyar Sabir oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü R. İbrahimli və onun həmyerlisi olan sərnişin, 1990-cı il təvəllüdlü İslamzadə Zahid Şamil oğlu müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










