Mikroavtobusa yol verməyən 18 yaşlı xanım sürücü ağır qəza törətdi: 5 nəfər öldü - VİDEO
Qəzalar
11 İyul 2025 23:06

“VAZ”ın 18 yaşlı xanım sürücüsü 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 10-da saat 14:20-də Simferopol - Baxçasaray - Sevastopol yolunun 47-ci kilometrliyində baş verib.
Məlumata görə, 18 yaşlı xanım sürücünün idarə etdiyi “VAZ-2109” markalı minik avtomobili “Mercedes Sprinter” markalı mikroavtobusla toqquşub.
Zərbənin təsirindən mikroavtobus aşıb, minik avtomobili isə deformasiyaya uğrayıb.
Qəza nəticəsində “VAZ”ın 4 sərnişini hadisə yerində, 18 yaşlı sürücü qız isə bu gün – iyulun 11-də xəstəxanada ölüb.
Yerli medianın məlumatına görə, qəzaya 18 yaşlı sürücünün mikroavtobusa yol verməməsi səbəb olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Oxunub : 2214
DİGƏR XƏBƏRLƏR
14 Noyabr 2026 14:45
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
14 Noyabr 2026 13:20
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
14 Noyabr 2026 12:20
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
14 Noyabr 2026 09:00
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
13 Noyabr 2026 23:47
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
13 Noyabr 2026 23:15
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
13 Noyabr 2026 21:11
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
13 Noyabr 2026 20:12
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
13 Noyabr 2026 17:30
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
13 Noyabr 2026 17:18
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
13 Noyabr 2026 13:23
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
13 Noyabr 2026 10:41
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
ŞƏRH YAZ












