Millət vəkili qəzaya düşdü - Boynu sınıb, vəziyyəti ağırdır - FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üç çağrış millət vəkili, TÜLOV (Türkiye Tanıtım Araştırma ve Demokrasi ve Laik Oluşum Vakfı) sədri Nurettin Demir qəzaya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Aydın vilayətinin Germencik rayonunda Aydın-İzmir yolunda baş verib. N.Demirin idarə etdiyi avtomobil nasazlıq səbəbindən qəza zolağında dayanmış yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində ağır yaralanan Nurettin Demir Aydın Atatürk Dövlət Xəstəxanasına aparılıb. İlkin müdaxilədən sonra İzmirə, oradan da İstanbula köçürülüb. Yük maşınının sürücüsü dindirilmək üçün jandarma bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Verilən məlumata görə N.Demir avtomobildə tək olub. Onun boynunun sındığı və vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, N.Demir CHP-nin 24, 25, 26-cı çağırış Muğla millət vəkili olub.(savashmedia)
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO














