Mingəçevirdə AĞIR QƏZA: 6 nəfər yaralandı

Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Hadisə martın 23-də saat 23-də Mingəçevir şəhərində 1992-ci il təvəllüdlü Nurlan Çingiz oğlu Fərəcovun idarə etdiyi 99-RG-640 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə 1988-ci il təvəllüdlü Ruhani İkram oğlu Cəfərovun idarə etdiyi 77-BD-802 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində "Opel"in sürücüsüz R.Cəfərov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rəvanə Həmid qızı Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Vəkil qızı Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Hüseyn qızı Əsədova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır./oxu.az
***
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər yaralanıb.
Avtosfer.az "Telegraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, biri "Opel" markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan altı nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Şuşalının keçmiş “Audi Q7”si su kanalına aşdı – FOTO
Zaqatalada yol qəzası olub, xəsarət alan var
Kolumbiyada təyyarə qəzası zamanı ÖLƏNLƏRİN SAYI 66-YA ÇATDI - VİDEO - YENİLƏNİB
Şirvanda ağır qəza: dörd nəfər xəsarət aldı - YENİLƏNİB
Ağcabədidə qəza olub: Ölən və yaralanan var - FOTO - YENİLƏNİB
Lənkəranda maşın kanala aşdı - 6 nəfər yaralandı - FOTO - YENİLƏNİB
Mingəçevirdə "BMW" və "Opel" toqquşdu - Xəsarət alanlar var
Ağstafada "07" dirəyə çırpıldı - Xəsarət alan var - VİDEO
Vətən müharibəsi veteranı avtoqəzada həlak olub - FOTO
Bakıda avtomobillər toqquşdu, biri qəbirə çırpıldı - VİDEO
Bakıda “BMW” "Audi" ilə toqquşdu; avtomobillərdən biri yandı - FOTO










