Mingəçevirdə ağır yol qəzası - 3 yaralı

Mingəçevir şəhərində ağır yol qəzası olub. Avtosfer.az el tv-yə istinadən xəbər verir ki, Mingəçevir şəhərində 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında, 20 Yanvar küçəsində qeydə alınıb. “Mersedes” markalı avtomaşının sürücüsü, Mingəçevir sakini, 1987-ci il təvəllüldü Ayaz Şirəli oğlu Qasımov qəfildən avtomaşınının idarəetməsini itirib. Avtomobil əvvəlcə yolun kənarında dayanan “VAZ 21 099” markalı avtomobilə, sonra isə səkiyə qalxaraq ağaca çırpılıb.
Nəticədə sürücü ilə yanaşı “Mersedes”dəki sərnişinlər - Mingəçevir sakinləri, 1987-ci il təvəllüdlü Yaşar Şura oğlu Xudiyev və 1978-ci il təvəllüdlü Vüqar Akif oğlu Bəkirov ağır bədən xəsarətləri alıblar. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












