Banner

Mingəçevirdə iki “VAZ” toqquşdu; biri kolluğa düşdü - VİDEO

Qəzalar 13 Oktyabr 2025 17:00 Oxunub 682
Mingəçevirdə iki “VAZ” toqquşdu; biri kolluğa düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 12-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil, “VAZ-2115” markalı maşınla toqquşub. Zərbənin təsirindən “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq kolluğa düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh