Mingəçevirdə mikroavtobus piyadanı vurub qaçıb

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Mövsümov Fərid Sahib oğlu idarə etdiyi 66-BG-284 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusu ilə yolu keçən piyadanı, Mingəçevir sakini 1959-cu il təvəllüdlü Həsənova Nuriyə Ağa qızını vurub.
Hadisəni törədən sürücü hadisə yerindən qaçsa da, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb. Nuriyə Həsənova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












